Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi " Milli- mənəvi dəyərlərin
qorunması və yaşadılması " adlı layihəni uğurla həyata keçirmişdir. .Layihə
çərçivəsində https://atribut.info.az/ saytı
yaradılmışdır.Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçrilib.İB-nin sədri Fərqanə
Əliyeva bildirib ki, Layihənin məqsədi Milli
dəyərlərimizin qorunması yaşadılması və ətraflı şəkildə yeniyetmə gənclər
arasında təbliğ etməkdən ibarətdir. Millətləri
yaşadan milli-mənəvi dəyərlərdir. Bu dəyərlər xalqların birlik və ictimai həmrəylik
içində yaşamasına, tarix səhnəsində öz yerini tutmasına şərait yaradır. Millətlər
bu dəyərləri gələcək nəsillərə ötürdükləri qədər varlıqlarını qoruyub
saxlayırlar.
Tarix səhnəsində ən
uzun müddət qalan xalqlar, şübhəsiz ki, milli-mənəvi dəyərləri özündə cəmləşdirə
bilən dövlətlər olub. Öz milli-mənəvi və əxlaq dəyərlərinə sadiq fərdlər yetişdirən cəmiyyətlərin
dövrün tələb etdiyi inkişaflara biganə qalmaması üçün heç bir səbəb yoxdur.
Dil, din, tarix, adət və
ənənələr, ailə institutu, müqəddəs zaman və məkanlar, bayraq, Vətən, Dövlət
Himni kimi milli-mənəvi dəyərlərin formalaşdırdığı mədəniyyətin formalaşmasına
diqqət yetirildikdə, bu dəyərlər ayrılmaz və bir-biri ilə iç-içə və bir-birini
tamamlayır.
Mədəniyyətimiz dinimizin gözəl prinsipləri ilə yoğrulmuşdur. İctimai həyatımızın ahəngdar və möhkəm şəkildə davam etdirilməsində, gənclərimizin yetişdirilməsində mənəvi dəyərlərimizin, milli mədəniyyətimizin böyük töhfələri unudulmamalıdır