18-20 dekabr 2020-ci il tarixlərində Bosnia və Herseqovinanın Sarayeva şəhərində I Beynəlxalq CEO Konqresi keçirilmişdir. Konqresin əsas məqsədi dünyanın müxtəlif alim və araşdırmaçılarını bir araya gətirməklə Rabitə, İqtisadiyyat, Təşkilat və Sosial Elm tədqiqatlarının mövzularını, problemlərini, imkanlarını və nəticələrini müzakirə etmək üçün bir platforma təmin etməkdir. Konqresdə Sosial İqtisadi Araşdırmalar İB-nin əməkdaşı Aqil Vəliyev “Təhsil və elm üçün Virtual Reallığın idarə olunması üzrə keyfiyyətin qiymətləndirilməsi ” mövzusu üzrə çıxış etmiş və məqaləsi çap olunmuşdur. Məqalə ilə bağlı ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.
http://www.ceocongress.org/files/E-Book/2020%20CEO%20Proceedings%20Book.pdf?_t=1609972919
.