27 iyul 2024-cü il tarixində Sumqayıt şəhərində Sosial –İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçirdiyi Milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması" adlı layihənin  yekun tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Fərqanə Əliyeva  layihə haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanın milli –mənəvi dəyərlərini gənclər arsında  təbliğ etməkdən ibarətdir. QHT sədri bu mövzunun təbliğinin  gənclər üçün çox vacib olduğunu bildirib. Bu nöqteyi nəzərdən “Milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması" adlı layihənin aktual olduğunu qeyd edib.Daha sonra  dəvət olunmuş digər qonaqlar çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Tədbirin sonunda xatirə şəkli çəkilib.