Haqqımızda
Sosial - İqtisadi Araşdırmalar İctimai Birliyi 22 sentyabr 2003-cü il tarixində yaradılmışdır.
Sədr Fərqanə Əliyeva
BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
2.1 Birliyin əsas
məqsədi iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyası,əhalinin
sosial müdafiəsi, işsizlik və yoxsulluğun azalması, kiçik və orta sahibkarlığın
inkişafının genişlənməsi məqsədilə layihələr hazırlamaq və həyata keçirmək,
dövlət proqramlarının icrasına yardım etməkdən ibarətdir.
2.2 Birlik qarşısında
qoyduqları məqsədlərə çatmaq üçün aşağıda göstərilən vəzifələri həyata keçirir:
Sosial -iqtisadi
problemləri araşdırır;
Elmi konfranslar,seminarlar,simpozimlar,müsabiqələr təşkil edir;
Müvafiq proqramlar
hazırlayır və həyata keçirir;
Dövlət
proqramlarının həyata keçirilməsinə kömk göstərir;
Mətbu nəşirlər
təsis edir;
Hüquqi və
informasiya yardımı göstərir;
Aztəminatlı
ailələrə ,imkansız xəstələrə,məcburi köçkünlərə maddi və mənəvi yardım
göstərir;
Əhalinin
aztəminatlı hissəsinə, o cümlədən məcburi köçkünlərin məşğulluq problemlərinin
həllinə kömək göstərir;
İstedadlı
uşaqların aşkar edilməsi və xaricdə təhsil almaları üçün maddi və mənəvi yardım
göstərilməsi;
Ekoloji mühitin yaxşılaşdırılmasına, uşaqların və gənclərin ekoloji biliklərinin artmasına yardım edir