Milli-mənəvi dəyərlərimizi qoruyaq və
yaşadaq adlı layihənin icrasına 01/02/2022-ci il tarixindən başlanmışdır .Bunu
Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyin sədri Fərqanə Əliyeva bildirib.
Lyihə rəhbəri bildirib ki, layihə çərçivəsində atribut.info.az adlı sayt yaradılacaqdır.Bu istiqamətdə
məlumatlar və Elmi məqalələr azərbaycan –ingilis dilində hazırlanaraq atribut.info.az saytında və xarici ölkədə yayımlanacaq
.Görülmüş işlərlə bağlı İctimaiyyətə ətraflı məlumat veriləcək.
Layihənin
ictimai aktuallığndan danışan İB-nin
sədri F.Əliyeva bildirib ki, Milli dəyərlərimizin
qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub
saxlayır.Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı,
elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi
bazanın yaradılmasına nail olunmalıdır. Müsbət dəyərləndirilməli məqam ondan
ibarətdir ki, bu gün dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən
milli və mənəvi dəyərləri qorunması və yaşadılması istiqamətində daha
məqsədyönlü fəaliyyəti göstərilməlidir. İnsanın mənəviyyatı, bir tərəfdən,
genetik əsaslara malik olsa da əsasən sosial-mənəvi mühitin təsiri ilə
formalaşır. Burada cəmiyyətin mədənimənəvi həyatı, insanın yetişdiyi mühitin
kulturoloji aspektləri mühüm rol oynayır. İnsanın formalaşdığı ictimai mühit
mövcud dəyərlər sistemi, sosial və hüquqi normalar, mövcud dövlət quruluşu,
iqtisadi münasibətlər, ailə münasibətləri, təhsili və s. bu kimi elementlərin
sintezindən ibarətdir. Mədəni-mənəvi mühit isə cəmiyyətin müvafiq rakursu ilə
yanaşı əvvəlki nəsillərdən qalmış sənət əsərləri, xüsusən bədii ədəbiyyat
təsiri ilə formalaşır. Bütün bunlar insanların bir mütəxəssis və bir vətəndaş
kimi yetişməsində mühüm rol oynayır. Bayağı mədəniyyətin ayaq açıb yeridiyi,
xarici ölkələrdən millimənəvi mühitimizə yabançı olan təsirlərinin gücləndiyi
bir vaxtda sosial-mənəvi ekologiyanın problemlərini öyrənmək və lazım gəldikdə
həyəcan təbili çalmaq lazımdır. Milli dəyərlərə söykənən dövlət quruluculuğu
xalqın milli şüuruna, mənəvi dəyərlərinə istinad edir və dediklərimizin gənc
nəsilə aşılanması ən vacib məsələlərindən biridir.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sosial-İqtisadi
Araşdırmalar İctimai Birliyi tərəfindən icra edilləcəkdir. Layihə
01/02/2022-01/05/2022-ci il tarixlərini əhatə edəcəkdir.
siaib.az