siaib.az-a verilən məlumata görə , AMAL səfirləri daxil olmaqla 11
fermer və 14 Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi
Gəncə və
Ağcabədi şəhərlərində keçirilən seminarlarda iştirak ediblər. FAO-nun Avropa və
Mərkəzi Asiya Regional Bürosunun Beynəlxalq Kənd İnkişafı Mütəxəssisi Anetta
Szilagyi təlim iştirakçılarını BMT-nin “Ailə Təsərrüfatı Onilliyi” Qlobal Fəaliyyət
Planı (UNDFF 2019-2028) ilə tanış edib. FAO AMAL Layihəsinin Beynəlxalq Texniki
Koordinatoru Dario Caccamisi isə fermer qruplarının yaradılması, fəaliyyəti və
strategiyaları üzrə təqdimat edib.
Təlimdə ailə-fermer təsərrüfatlarını
dəstəkləmək üçün Milli Fəaliyyət Planlarının hazırlanması barədə məlumat
verilib. Gənc fermerlərin üzləşdiyi çətinliklərin həllində, onların aqrar sahədə
məşğulluğunun dəstəklənməsi istiqamətində kollektiv fəaliyyətin, kooperativlərin,
rəsmi və qeyri-rəsmi assosiasiyaların və istehsalçı təşkilatlarının rolu və əhəmiyyəti
barədə iştirakçılar təlimatlandırılıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi FAO-Azərbaycan Tərəfdaşlıq
Proqramı (FAPP) çərçivəsində həyata keçirilən layihə, Azərbaycanın kənd təsərrüfatı
sektorunda gənclərin məşğulluğunun artıtılmasını təşviq edir. Layihə çərçivəsində
xüsusilə kənd yerlərində gənc fermerlərin özünüməşğulluq və sahibkarlıq
imkanlarının genişləndirilməsinə yönəlmiş AMAL layihəsinin əsas məqsədi
regionlarda yaşayan gənclərin aqrar məşğulluğunun artırılmasına və sahibkar
kimi formalaşmalarına dəstək verməkdir.
Young
farmers learned about family farming and benefits of collective activity
On 26-27 October, a series of the
training was held within “Increasing Agrarian Employment” (AMAL) Project for
young farmers and students.
11 farmers and 14 students of
Azerbaijan State Agricultural University, including AMAL’s Ambassadors, took
part in the trainings held in Ganja and Aghjabadi. Anetta Szilagyi,
International Rural Development Specialist at the FAO Regional Office for
Europe and Central Asia, informed the participants about the United Nations
Decade of Family Farming 2019-2028. Dario Caccamisi, FAO International
Technical Coordinator of the AMAL Project, made a presentation on the
establishment, activities and strategies of farmers' groups.
The workshop provided information on
the development of National Action Plans to support family farming, as well as
the role and importance of collective action via cooperatives, formal and
informal associations, producers’ unions to address the challenges faced by
young farmers and support their employment in agriculture.
The project implemented within the
framework of the Partnership Programme between Food and Agriculture
Organization (FAO) of the United Nations and the Ministry of Agriculture on
behalf of the government promotes youth employment in the agricultural sector.
It focuses on the enhancement of self-employability and entrepreneurship
opportunities of young farmers in rural places through the development of
necessary skills and introduction of innovations in agriculture.