"İngilis dilində elmi məqalələrlə milli
mənəvi dəyərlərin təbliği" adlı layihənin icrasına 01/07/2023-cü il
tarixindən başlanmışdır .
Bu barədə siaib.az -a açıqlamasında Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyin sədri Fərqanə
Əliyeva bildirib.
Layihə
rəhbəri vurğulayıb ki, layihə çərçivəsində 01/02-2022-ci il tarixində atribut.info.az adlı
sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılmışdır.
"Layihənin
davamı olaraq Elmi məqalələr ingilis ,rus və türk dilində hazırlanaraq
atribut.info.az saytında və xarici ölkədə yayımlanacaq .Görülmüş işlərlə
bağlı İctimaiyyətə ətraflı məlumat veriləcək.
Layihənin
ictimai aktuallığndan danışan İB-nin sədri F.Əliyeva bildirib ki, Milli
dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz
aktuallığını qoruyub saxlayır.Xüsusən bu istiqamətdə təhsil prosesinin
keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib
hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Müsbət
dəyərləndirilməli məqam ondan ibarətdir ki, bu gün dövlət səviyyəsində milli
kimliyin əsasını təşkil edən milli və mənəvi dəyərləri qorunması və yaşadılması
istiqamətində daha məqsədyönlü fəaliyyəti göstərilməlidir. İnsanın mənəviyyatı,
bir tərəfdən, genetik əsaslara malik olsa da əsasən sosial-mənəvi mühitin
təsiri ilə formalaşır. Burada cəmiyyətin mədənimənəvi həyatı, insanın yetişdiyi
mühitin kulturoloji aspektləri mühüm rol oynayır. İnsanın formalaşdığı ictimai
mühit mövcud dəyərlər sistemi, sosial və hüquqi normalar, mövcud dövlət
quruluşu, iqtisadi münasibətlər, ailə münasibətləri, təhsili və s. bu kimi
elementlərin sintezindən ibarətdir. Mədəni-mənəvi mühit isə cəmiyyətin müvafiq
rakursu ilə yanaşı əvvəlki nəsillərdən qalmış sənət əsərləri, xüsusən bədii
ədəbiyyat təsiri ilə formalaşır. Bütün bunlar insanların bir mütəxəssis və bir
vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Bayağı mədəniyyətin ayaq açıb
yeridiyi, xarici ölkələrdən millimənəvi mühitimizə yabançı olan təsirlərinin
gücləndiyi bir vaxtda sosial-mənəvi ekologiyanın problemlərini öyrənmək və
lazım gəldikdə həyəcan təbili çalmaq lazımdır. Milli dəyərlərə söykənən dövlət
quruluculuğu xalqın milli şüuruna, mənəvi dəyərlərinə istinad edir və
dediklərimizin gənc nəsilə aşılanması ən vacib məsələlərindən biridir."
Layihə
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi
tərəfindən icra edilləcəkdir.
Layihə
01/07/2023-01/09/2023-cü il tarixlərini əhatə edəcəkdir.